Bakı sakinlərini cana gətirən qadını tutdular

Bakı sakinlərini cana gətirən qadını tutdular
Hadisə 3309

Bakıda oğurluqda şübhəli bilinən şəxs tutulub.   Bakı şəhəri Baş Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsinin (CAİ), Nizami rayon Polis İdarəsi CAŞ və 24-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, iyunun 4-də, Q.Qarayev prospektində yerləşən mağazada Bakı şəhər sakinləri - Səbinə Bəşirovanın, Tükəzban Yusubovanın mobil telefonlarını və Ruqaya Kazımovanın içərisində pul, iki ədəd mobil telefon olan əl çantasını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1985-ci il təvəllüdlü Viktoriya Kotlyar yaxalanıb. Araşdırma zamanı onun digər cinayətlərinin üstü açılıb. Belə ki, o, aprelin 7-də B.Nuriyev küçəsində yerləşən ticarət mərkəzində Rəfael Babayev pencəyinin cibindən 1300 manat, sentyabrın 14-də Q.Qarayev prospektində yerləşən ticarət mərkəzində Atifa Finuninin əl çantasından içərisində 480 manat, metro kartı olan pul kisəsi, sentyabrın 14-də Pərvanə Əmirovanın, sentyabrın 22-də Gülşən Həşimovanın əl çantasından pul və sənədlər oğurlayıb. Faktla bağlı araşdırma aparılır. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Bakıda qadının 150 minlik cinayəti

Bakıda qadının 150 minlik cinayəti

Bakıda oğurluqda şübhəli bilinən qadın tutulub. Bakı şəhər Baş Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, sentyabrın 12-də Bəyimxanım Əkbərbəyovanın ev...

2744 Hadisə 12:11 22 sentyabr 2015

Son xəbərlər