SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda bu günlərdə yeniyetmələr 17 yaşlı oğlanı amansızcasına döyüblər.

BAKU.WS əməkdaşı cavan oğlanın anasıyla əlaqə saxlayıb. Qadının sözlərinə görə, onun oğlunu 15 yaşlı oğlanlar döyüb. Onun sözlərinə görə, oğlunu döyənlər Nizami rayonununda yerləşən 145 №-li məktəbdə oxuyur: "Onlar mənim uşağımı döydülər və onu küçədə atıb gediblər. Yoldan keçənlər oğlumu görüb və xəstəxanaya çatdırıblar".

Zərər çəkənin anası bildirib ki, onun oğulunu döyən uşaqların valideynləri heç hadisə barədə maraqlanmayıb: "Biz davada iştirak etmiş uşaqlardan birinin anası ilə əlaqə saxladıq. O mənə bildirdi ki, oğlun sağdı və ona dəyən ziyanı ödəməyəcək".

Döyülən uşağın anası arzu edir ki, gunahkarlar tez bir zamanda tapılacaq və öz hərəkətlərinə görə məsuliyyətə cəlb olunacaq. 
 
Xatırladaq ki, bir neçə gün öncə Bakıda 17 yaşlı oğlan sevgilisinə sataşan oğlanlarla mübahisə edərkən vəhşicəsinə döyülüb. 
 

E.V.
BAKU.WS