Rusiyada ana 6 yaşlı oğlunu vəhşicəsinə döydü (VİDEO)

Rusiyada ana 6 yaşlı oğlunu vəhşicəsinə döydü (VİDEO)
Video
Hadisə 2064

Rusiyanın Yamal-Nen Muxtar Dairəsində dəhşətli hadisə baş verib.

BAKU.WS-in məlumatına görə, "Yamal" ticarət mərkəzində yaşlı qadın azyaşlı uşağı vəhşicəsinə döyüb. İnsanların gözü qarşısında altıyaşlı oğlanı amansızcasına döyən qadının bu əməlləri müşahidə kameralarına düşüb. Şoka düşmüş hadisə şahidləri faktla bağlı polisə bildiriblər. 

Uşağın döyülməsi fakt üzrə araşdırmalara başlanılıb. Balaca oğlanı vəhşicəsinə döyən qadının şəxsiyyəti artıq təyin edilib. O, yerli sakin Janna Voytişekdir. 

Polis faktla bağlı cinayət işi qaldırıb. Araşdırmalar zamanı məlum olub ki, Janna psixi xəstədir. İndiyə qədər balaca oğlan anasıyla birlikdə yaşamağa məcbur olub. Qadın oğlunu uşaq bağçasına getməkdən imtina etdiyi üçün döyüb.

Polislər ümid edir ki, məhkəmə psixi xəstə olan anadan körpəni götürmək barədə qərar qəbul edəcək. 

BAKU.WS

Son xəbərlər