Rusiyada 6 yaşlı oğlunu vəhşicəsinə döyən ana saxlanıldı (VİDEO)
Rusiyanın Yamal-Nen Muxtar Dairəsində uşağını vəhşicəsinə döyən qadın saxlanılıb.
BAKU.WS-in məlumatına görə, "Yamal" ticarət mərkəzində azyaşlı uşağını insanların gözü qarşısında amansızcasına döyən Janna Voytişek adlı qadın hadisədən 3 gün sonra ələ keçirilib. Psixi xəstə olduğu deyilən qadına "həddi-buluğa çatmamış uşağın tərbiyəsinə görə tələb olunan vəzifələrə əməl etməmək" maddəsi ilə cinayət işi açılıb.
Hadisənin görüntülərini də götürən polis istintaq bitdikdən sonra Janna Voytişekin işini məhkəməyə göndərəcək.
Xatırladaq ki, Rusiyanın Yamal-Nen Muxtar Dairəsində dəhşətli hadisə baş verib. "Yamal" ticarət mərkəzində yaşlı qadın azyaşlı uşağı vəhşicəsinə döyüb. İnsanların gözü qarşısında altıyaşlı oğlanı amansızcasına döyən qadının bu əməlləri müşahidə kameralarına düşüb. Şoka düşmüş hadisə şahidləri faktla bağlı polisə bildiriblər.
Uşağın döyülməsi fakt üzrə araşdırmalara başlanılıb. Balaca oğlanı vəhşicəsinə döyən qadının şəxsiyyəti artıq təyin edilib. O, yerli sakin Janna Voytişekdir. Araşdırmalar zamanı məlum olub ki, Janna psixi xəstədir. İndiyə qədər balaca oğlan anasıyla birlikdə yaşamağa məcbur olub. Polislər ümid edir ki, məhkəmə psixi xəstə olan anadan körpəni götürmək barədə qərar qəbul edəcək.
BAKU.WS
Oxşar xəbərlər
Rusiyada ana 6 yaşlı oğlunu vəhşicəsinə döydü (VİDEO)
Rusiyanın Yamal-Nen Muxtar Dairəsində dəhşətli hadisə baş verib. BAKU.WS-in məlumatına görə, "Yamal" ticarət mərkəzində yaşlı qadın azyaşlı uşağı vəhşicəsinə d...