Bakıda məktəbdə dəhşət - 8 yaşlı oğlanı zorladılar

Bakıda məktəbdə dəhşət - 8 yaşlı oğlanı zorladılar
Hadisə 5728

Bakıda orta məktəbdə zorlanma hadisəsinin baş verməsi barədə polisə şikayət daxil olub.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Nərimanov rayonunda baş verib. Səkkiz yaşlı oğlanın valideyni polisə müraciət edərək oğlunun məktəbdə 16 yaşlı iki şagird tərəfindən zorlandığını bildirib.

Belə ki, Bakı şəhər sakini 1981-ci il təvəllüdlü Aynurə Kərimova (şərti) 18-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, aprelin 14-də Hidayətzadə küçəsində yerləşən 57 saylı orta məktəbin sanitar qovşağında oğlu 2008-ci il təvəllüdlü Təbriz (şərti) yuxarı sinif şagirdləri tərəfindən zorlanıb.

O bildirib ki, həmin məktəbin şagirdləri olan 2000-ci il təvəllüdlü N.P və həmyaşıdı S.V onun oğluna qarşı əxlaqsız hərəkətlər edərək onunla cinsi əlaqədə olublar.

Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən "Qafqazinfo”ya bildirilib ki, onlar hadisə barədə məlumatsızdırlar: "Araşdırıldıqdan sonra bununla bağlı məlumat veriləcək".

Hadisə ilə bağlı həmin məktəbin rəhbərliyi ilə də əlaqə saxladıq. Özünü təqdim etmək istəməyən qadın direktor müavini qeyd olunanların yalan və böhtan olduğunu deyərək sağollaşıb.

Oxşar xəbərlər

Bakıda iyrənc hadisə: 8 yaşlı uşağı zorladılar

Bakıda iyrənc hadisə: 8 yaşlı uşağı zorladılar

Bakının Nərimanov rayonunda orta məktəbdə cinayət hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayon ərazisində olan orta məktəblərdən birində qeydə...

7834 Hadisə 16:29 02 may 2016

Son xəbərlər