Bakıda orta məktəbdə şagird sinif yoldaşını güllələdi

Bakıda orta məktəbdə şagird sinif yoldaşını güllələdi
Hadisə 1789

Bakının Qaradağ rayonunda orta məktəbdə silahlı insident yaşanıb.

Qaradağ rayon Polis İdarəsi 10-cu polis bölməsindən BAKU.WS-ə verilən məlumata görə, hadisə bir həftə bundan əvvəl Lökbatan qəsəbəsində 106 saylı orta məktəbdə qeydə alınıb.

Məktəbin VII sinifində "əmək təlimi” dərsi zamanı şagird 2003-cü il təvəllüdlü Hacı Əliyev ehtiyatsızlıqdan atəş açaraq sinif yoldaşı olan həmyaşıdı Murad Nurzadəni sinəsindən güllələyib. Ağır yaralan uşaq xəstəxanaya yerləşdirilib. Xoşbəxtlikdən həkimlrə uşağın həyatını xilas edə biliblər. Qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı Qafqazinfo saytı verib. Bildirilir ki, atəş əmək müəllimi, 1966-cı il təvəllüdlü Hidayət Qurbanova məxsus Türkiyə istehsalı olan "Kral Air Rfle” markalı pnevmatik tüfəngdənaçılıb. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda məktəb direktoru öldürüldü

Azərbaycanda məktəb direktoru öldürüldü

Ağsu rayonunda qətl törədilib. BAKU.WS-in lent.az saytına istinadən verdiyi məlumata görə, Ərəbsarvan kəndində Çiyni kənd sakini, 1983-cü il təvəllüdlü Şirinov...

2283 Hadisə 11:36 04 noyabr 2015

Son xəbərlər