Azərbaycanda şagird orta məktəbə qumbara ilə gəldi

Azərbaycanda şagird orta məktəbə qumbara ilə gəldi
Hadisə 1122

Goranboyda şagird məktəbə qumbara gətirib. BAKU.WS Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 6-da Goranboy rayonunun Tapqaraqoyunlu kənd orta məktəbində şagird Ramil Şəmmədovun məktəbə gətirdiyi 1 ədəd "F-1” qumbarası müəllimlər tərəfindən alınıb və Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib.  Araşdırmalar zamanı R.Şəmmədov izahatında həmin məktəbin şagirdi Emil Şirinovla birgə kəndin kənarında olarkən hərəsinin 1 ədəd qumbara tapmalarını bildiriblər. E.Şirinovun yaşadığı evə baxış zamanı 1 ədəd "F-1” qumbarası aşkar edilərək götürülüb. Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

Maştağada qumbara əməliyyatı

Maştağada qumbara əməliyyatı

Maştağa qəsəbə sakinindən qumbara götürülüb. BAKU.WS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, əməliyyat Baş Mütəşəkkil Cinayətkarl...

1446 Hadisə 16:06 18 sentyabr 2015

Son xəbərlər