Bu silah-sursat Bakıdan tapıldı (FOTO)
Bərk məişət tullantılarının çeşidlənməsi zavodunda zibilin içindən qumbara hissələri, tapançalar və başqa silah-sursat növləri aşkar olunub.
İş prosesi zamanı tapılan ümumilikdə 10 növ təhlükəli əşya "Təmiz Şəhər” ASC-nin əməkdaşları tərəfindən polisə təhvil verilib. "Təmiz Şəhər” ASC-dən BAKU.WS-ə bildiriblər ki, avqust ayında müxtəlif günlərdə aşkarlanan və polisə verilmiş silahlar və silah hissələri aşağıdakılardır: 1) 2 ədəd F1 əl qumbarasının korpusu 2) 2 ədəd F1 əl qumbarasının alışqanı 3) 1 ədəd pnevmatik tapanca 4) 1 ədəd "Valtro” tapancası 5) 2 ədəd avtomat darağı 6) 1 ədəd patrondaş sepi 7) 162 ədəd 7.62 mm çaplı patron 8) 13 ədəd 5.45 mm çaplı patron 9) 1 ədəd 14.5 mm çaplı patron 10) 10 ədəd tapanca patronu Qeyd edilib ki, Bakı şəhərindən toplanmış tullantılar gün ərzində "Təmiz Şəhər” ASC-in çeşidlənmə zavoduna təhvil verilir. Zavodda tullantılar tərkibinə görə, ayrılaraq xammal kimi təkrar istehsala yönəldilir. İş prosesi zamanı bəzən bu cür təhlükəli və başqa qeyri-adi əşyalar aşkar olunur. Belə hallarla qarşılaşdıqda həmin əşyalar aidiyyatı üzrə qurumlara təhvil verilir.
Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan Gürcüstan sərhədində əməliyyat: saxlanılanlar var
Azərbaycan sərhədçiləri tərəfindən keçirilən əməliyyat nəticəsində külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xi...