Gömrükdən silah keçirmək istəyən Ermənistan vətəndaşı saxlanıldı

Gömrükdən silah keçirmək istəyən Ermənistan vətəndaşı saxlanıldı
Hadisə 1041

Gürcüstanın Daxili İşlər Nazirliyi və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin əməkdaşları ölkəyə qaydalar xaricində odlu silah keçirtmək ittihamı ilə Ermənistan vətəndaşını saxlayıblar.

BAKU.WS-in "Report"a istinadla verdiyi məlumata görə, 1947-ci il təvəllüdlü erməni A.Frunzik iki idarənin birgə əməliyyatı nəticəsində gömrük prosedurlarını keçən zaman saxlanılıb.

İstintaq müəyyən edib ki, müttəhim "Sadaxlo" gömrük buraxılış məntəqəsindən Gürcüstana "Valter" tapançası və 10 ədəd döyüş gülləsi keçirib. Hüquq mühafizəçiləri silahı müttəhimə məxsus avtomobilin salonundan götürüblər.

Saxlanılan şəxs günahını etiraf edib. Faktla bağlı istintaq gedir.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanlı kişi 2 uşağı Türkiyəyə satmağa apararkən tutuldu

Azərbaycanlı kişi 2 uşağı Türkiyəyə satmağa apararkən tutuldu

Dünən azyaşlıları istismar məqsədi və aldatma yolu ilə Azərbaycandan Türkiyəyə aparmaq istəyən şəxs Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları tərəfindən saxlanılı...

1881 Hadisə 13:00 15 avqust 2015

Son xəbərlər