Gürcüstandan avtomobil gətirənlərə şad xəbər

Gürcüstandan avtomobil gətirənlərə şad xəbər
İqtisadiyyat 4475

"Sadıxlı-Mtkvari” sərhəd-gömrük buraxılış məntəqəsindən yüngül avtonəqliyyat vasitələrinin buraxılışına başlanılıb.

Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, Azərbaycan Dövlət Gömrük Komitəsi və Gürcüstan Gəlirlər Xidmətinin Gömrük Departamenti və digər əlaqədar təşkilatlar arasında razılıq əldə edilib.

Sözügedən razılığa əsasən 10 avqust 2015-ci il tarixindən Azərbaycan Respublikasının Gürcüstanla sərhədində "Sadıxlı-Mtkvari” sərhəd-gömrük buraxılış məntəqəsindən XİF MN-nın 8703 mal mövqeyi altında sinifləşdirilən yüngül avtonəqliyyat vasitələrinin, həmçinin motosikletlərin, motorollerlərin, mopedlərin və digər bənzər hərəkət vasitələrinin buraxılışına başlanılıb.

Qeyd edək ki, sərhəd-gömrük buraxılış məntəqəsində iş rejimi Bakı vaxtı ilə 08:00-dan 20:00-dək müəyyən edilib. 

ŞAHİN Həbibov 

BAKU.WS

Oxşar xəbərlər

Bakıdan Gürcüstana gedənlərə şad xəbər (FOTO)

Bakıdan Gürcüstana gedənlərə şad xəbər (FOTO)

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 116-cı kilometrliyində yerləşən körpüdə təmir işləri həyata keçirilir. Nəqliyyat Na...

2112 Sosial 16:01 11 avqust 2015

Son xəbərlər