Putin Suriyaya 6 qırıcı təyyarə göndərdi (VİDEO)
Rusiya Suriyaya 6 ədəd MİQ-31 tipli qırıcı təyyarəsi satıb.
BAKU.WS-in məlumatına görə, təyyarələr Suriyanın paytaxtı Dəməşqdə yerləşən Mezze hərbi aerodromuna enib. Son texnologiyalarla təchiz edilmiş MİQ-31 qızırıcıları üzərinə quraşdırılmış radarlar hesabına 200 kilometrlik bir hava sahəsini nəzarətdə saxlaya bilir.
Təyyarənin əsas vəzifəsi yüksək hündürlükdə kəşfiyyat və hücum əməliyyatlarını yerinə yetirməkdir. MİQ-31-ler dünyanın ən sürətli döyüş təyyarələri arasında yer alır.
Xatırladaq ki, Rusiya 2007-ci ildə Suriyaya 8 ədəd MİQ-31 satmağı qəbul etmiş, ancaq daha sonra İsrailin təzyiqi ilə bu qərarından daşınmışdı.
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Rusiya hərbi gəmiləri Bakı bulvarında (FOTO)
Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri Bakı buxtasında reyddə duran Rusiya Federasiyası Xəzər Hərbi Dəniz Donanması...