Rusiya hərbi gəmiləri Bakı sahillərində

Rusiya hərbi gəmiləri Bakı sahillərində
Hadisə 1343

Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının "Mahaçqala" və "Volqodonsk" kiçik artilleriya gəmilərinin, həmçinin "Anatoliy Qujvin” kiçik hidroqrafiya gəmisinin Bakıya rəsmi səfəri başlayıb.

Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Rusiya hərbi gəmilərini Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin və Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin nümayəndələri qarşılayıblar.

Əvvəlcə qonaqlar Hərbi Dəniz Qüvvələrinin həyətində ucaldılmış ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyublar.

Səfər çərçivəsində gəmilərin komandanlığı və şəxsi heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək. 

Nümayəndə heyəti, həmçinin Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Komandanlığı, Səbail rayon icra hakimiyyəti və Bakı Dəniz Limanının rəhbərliyi ilə görüşlər keçirəcək, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində tədris prosesi ilə tanış olacaq.

Gəmilərin şəxsi heyətinin mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakıda gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.

Səfər avqustun 16-dək davam edəcək.

ŞAHİN Həbibov 

BAKU.WS 

Oxşar xəbərlər

Prezident İlham Əliyev Cəlilabada getdi

Prezident İlham Əliyev Cəlilabada getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Cəlilabad rayonuna səfərə gəlib. Dövlət başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əl...

1760 Sosial 12:54 11 avqust 2015

Son xəbərlər