Azərbaycan tankçıları gələn ildən Tank Biatlonunda iştirak edəcəklər

Azərbaycan tankçıları gələn ildən Tank Biatlonunda iştirak edəcəklər
Hadisə 1875

Azərbaycanın hərbçiləri növbəti ildən Beynəlxalq Hərbi Yarışmaların "Tank Biatlonu” növündə də iştirak edəcəklər.

BAKU.WS-in "AzeriDefence” istinadən verdiyi məlumata görə, bunu Rusiyada hərbi yarışları izləyən Azərbaycan Silahlı Qüvvələrinin Döyüş hazırlığının İdarəsinin baş zabiti, polkovnik Sakit Verdiyev bildirib.

Bu növ üzrə yarışmaya hazırlıq işlərinə başlanıldığını deyən S. Verdiyevin sözlərinə görə, bu il Azərbaycan Tank Biatlonunda müşahidəçi qismində iştirak edir.

"Bunun üzərində işləyirik və növbəti yarışda iştirak edəcəyik. Bütün elementləri öyrənirik. Artıq Alabino poliqonundakına bənzər yolu da yaratmışıq”, - deyə polkovnik vurğulayıb.

S.Verdievin sözlərinə görə, bu il Azərbaycan komandası vaxt baxımından Tank Biatlonuna tam hazırlaşa bilməyib: "Bizdə tanklar prinsipcə Rusiyadakılar ilə eynidir. Bu ili və növbəti ili biz gücləndirilmiş döyüş hazırlığına həsr edəcəyik”.

Azad Əliyev

BAKU.WS

Oxşar xəbərlər

İpoteka kreditini kimlər ala bilər?

İpoteka kreditini kimlər ala bilər?

Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan müşavirəsində i...

3030 İqtisadiyyat 17:21 04 avqust 2015

Son xəbərlər