Əsgərlərimiz "Tək qıç" erməni muzdlusunu necə zərərsizləşdirdi?

Əsgərlərimiz Tək qıç erməni muzdlusunu necə zərərsizləşdirdi?
Hadisə 3361
 

Ötən gün erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozub. 

BAKU.WS-in məlumatına görə, Ermənistan mətbuatı iddia edir ki, Azərbaycan Silahlı Qüvvələrinin açdığı atəş nəticəsində Ermənistan Silahlı Qüvvələrinin müqavilə əsasında xidmət edən muzdlu hərbi qulluqçusu yaralanıb. Bir ayağını əvvəllər itirmiş 38 yaşlı Samvel Xarazyan bu dəfə digər ayağından yaralanıb. 

Ermənistanın Gürcüstanla sərhəddə yerləşən Stepanavan rayonunun Kurtan kəndində yaşayan S.Xarazyan Azərbaycanın işğal edilmiş ərazisində güllə yarası alıb. Xəsarət nəticəsində tək ayağını da itirmək təhlükəsi ilə üzləşən erməni hərbi muzdlusu görünür bundan sonra sözün həqiqi mənasında Azərbaycan torpaqlarına ayaq basa bilməyəcək. İşğal etdikləri Qarabağ torpaqlarında xidmət edən digər ermənilərin də aqibəti Samveldən yaxşı olmayacaq. Onlar özgə torpaqlarında olduqlarını anlayaraq geri, Ermənistana qayıdanadək də bu cür hadisələr davam edəcək. 

 

 Samvel Xarazyan

Qeyd edək ki, Ermənistanda iqtisadi-siyasi vəziyyətin acınacaqlı olması ölkədə yaşayan gənclərin xaricə üz tutmasına gətirib çıxarıb. Nəticədə Ermənistan Müdafiə Nazirliyi hərbi xidmətə gəncləri cəlb etməkdə çətinlik çəkir. Məhz buna görə, əlil insanlar orduya pul müqavilində gətirilir və hərbi xidmət edirlər.

BAKU.WS

Oxşar xəbərlər

Cəbhədə pulemyotlar işə düşdü

Cəbhədə pulemyotlar işə düşdü

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs...

1053 Hadisə 11:15 07 avqust 2015

Son xəbərlər