Bakının orta məktəbində kütləvi dava

Bakının orta məktəbində kütləvi dava
Hadisə 1154

Bakı şəhəri, Səbail rayonu 160 saylı Klassik Gimnaziyasında 10 və 11-ci sinif şagirdləri arasında kütləvi dava baş verib. BAKU.WS-in məlumatına görə, bu barədə report saytına Səbail rayonu Polis İdarəsindən bildirilib. Hadisə nəticəsində gimnaziyanın 10-cu sinif şagirdi, 16 yaşlı Fərhad İlham oğlu Qasımov döyülüb. Onun burnu sındırılıb. F.Qasımov xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, 160 saylı Klassik Gimnaziya Təhsil Nazirliyinin 2013-cü ildə açıqladığı 2012-2013-cü il buraxılış imtahanlarının nəticələrinə görə orta məktəblərin reytinq siyahısında ikinci olub. Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər