Bakıda kütləvi dava: 3 nəfər xəsarət alıb

Bakıda kütləvi dava: 3 nəfər xəsarət alıb
Hadisə 1056

Ötən gecə Bakıda baş verən kütləvi davada 3 nəfər xəsarət alıb. BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, hadisə Səbail rayonu Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsində qeydə alınıb.  Paytaxt sakini Elvin Bədəlov yaşadığı evin qarşısında itini gəzdirən zaman yoldan "VAZ 2107" markalı avtomobil keçib. Elvin Bədəlovun bibisi oğlu Ramin Baxışovun sözlərinə görə, dayısı oğlu sürücüdən yoldan ehtiyatlı və yavaş sürətdə keçməsini xahiş edib.  "VAZ 2107"nin sürücüsü bir müddət sonra dostları ilə yenidən mübahisə baş verən yerə qayıdıb: "Dayım oğlu itini çıxarmışdı gəzdirməyə. Qarşıdan "VAZ 2107" gəlirdi. Dayım oğlu əl elədi ki, bir az yavaş ol, it var vurarsan. Sürücü dedi ki, gözlə gəlirəm. Bir müddət sonra bir neçə maşınla gəlib dava saldılar. Bizi təkləyib vurdular. Birinci məni vurdular daha sonra olanlardan xəbərim olmadı".   Hadisə zamanı yüngül xəsarət alan Ramin Baxışov olub. Ağır xəsarətlər alan Elvin Bədəlov və əmisi Mais Bədəlov 1 saylı şəhər xəstəxanasına gətiriliblər.   Hadisə barədə Səbail rayon 41-ci polis bölməsinə məlumat verilib. Bölmə əməkdaşları hadisə yerində müayinələr aparıblar.   Faktla əlaqədar araşdırmalar davam edir. BAKU.WS

Oxşar xəbərlər

Bakıda oğlunun toyuna hazırlaşan ata öldürüldü

Bakıda oğlunun toyuna hazırlaşan ata öldürüldü

Bu gecə Bakıda dəhşətli qətl hadisəsi törədilib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, paytaxt sakini Əmrah Qarayev Nobel prospekti 110 ünvanında yerləşən "...

1899 Hadisə 11:03 19 sentyabr 2015

Son xəbərlər