Bakıda küçədə tapılan uşağın anası tərəfindən atıldığı məlum oldu (RƏSMİ)

Bakıda küçədə tapılan uşağın anası tərəfindən atıldığı məlum oldu (RƏSMİ)
Hadisə 2063

 

Daxili İşlər Nazirliyi Bakıda küçədə tapılan azyaşlı uşaqla bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə BAKU.WS-ə açıqlamasında bildirib ki, ötən gün Xətai rayonu ərazisində tapılan azyaşlı oğlan uşağını sakinlər taparaq Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə təhvil verilib:

"Araşdırmalar zamanı tapılan uşağın 2014-cü il təvəllüdlü Yusif Tofiq oğlu Məmmədov olması müəyyən edilib. Həyata keçirilən tədbirlər nəticəsində uşağın anası İlhamə Məmmədova polisə dəvət olunub. Polis əməkdaşlarının uşağın anası ilə apardığı profilaktik söhbət əsnasında məlum olub ki, o azyaşlını özü bilərəkdən küçəyə atıb. İmtina etməsinə səbəb kimi isə o uşağa baxa bilmədiyini göstərib. Məhz bu səbəbdən də o uşağı küçəyə buraxıb və hansısa imkanlı bir adamın onu taparaq aparmasını, uşağa sahib çıxmasını istəyib. Sonradan uşağın anası İlhamə Məmmədova qərarını dəyişib və övladına sahib çıxacağını bildirərək uşağı özü ilə aparıb”. 

DİN rəsmisi əlavə edib ki, uşağından imtina edən qadının daha bir övladı var. İ.Məmmədovanın 7 yaşlı həmin uşaq hazırda Bakı şəhərindəki internat məktəblərindən birində saxlanılır.

BAKU.WS

Son xəbərlər