Aynar Məmmədova məxsus kafedə 8 nəfər saxlanılıb (RƏSMİ)
Daxili İşlər Nazirliyi (DİN) deputat Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsus "Nar Cafe”-də əməliyyat keçirilməsi barədə məlumatlara münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə BAKU.WS-ə bildirib ki, həqiqətən də polis "Nar Cafe”-də əməliyyat keçirib. Kafesində qanunsuz mərc oyunlarına qarşı mübarizə üzrə tədbir keçirilib. Bu zaman 8 nəfər saxlanılıb, onlar barəsində inzibati qaydada protokol tərtib olunaraq cərimə olunmaları üçün məhkəməyə göndərilib. Qeyd edək ki, oktyabrın 11-i saat 22 radələrində Ziya Məmmədovun qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsus olan, "Şüşəli bazar”ın yanındakı "Nar” kafesini xüsusi təyinatlılar mühasirəyə alıb. Xəbərdə bildirilir ki, əməliyyatçılar içəridəkiləri, o cümlədən kafenin sahibi Aynar Məmmədovu həbs edib. Həbs edilənlər MCQMİ-yə (bandotdel) aparılıb. Ziya Səccad
BAKU.WS
Oxşar xəbərlər
Aynar Məmmədovun həbsi təsdiqləndi (FOTO)
Dünən gecə Ziya Məmmədovun qardaşı oğlu, millət vəkili Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsus "Nar Cafe"sində xüsusi təyinatlılar tərəfindən əməliyyat keç...