Baş Prokurorluq sabiq deputat Nazim Məmmədovun qulaqkəsmə çağırışı ilə bağlı hərəkətə keçdi

Baş Prokurorluq sabiq deputat Nazim Məmmədovun qulaqkəsmə çağırışı ilə bağlı hərəkətə keçdi
Hadisə 1910
Baş Prokurorluq sabiq deputat Nazim Məmmədovun sosial şəbəkələrdə etdiyi çağırışlara reaksiya verib. Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, kütləvi informasiya vasitələrində dərc olunmuş məqalələrdə sabiq deputat Nazim Məmmədovun "Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədovu inhisarçılıqda ittiham edərək sosial şəbəkələrdə özünə aid olması ehtimal edilən səhifədə sonuncuya xəsarətlər yetirilməsi ilə bağlı çağırışlar etməsi xüsusatları üzrə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, müvafiq araşdırmaların aparılması üçün Baş Prokurorluğun rəhbərliyi tərəfindən Bakı şəhər Prokurorluğuna tapşırıqlar verilib.   Qeyd edək ki, N. Məmmədov sosial şəbəkələrdə "Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədova xəsarət yetirilməsi (qulağının kəsilməsi) ilə bağlı çağırış edib.

Bu barədə məlumat "haqqın.az” saytında yayılıb.

Ziya Səccad BAKU.WS

Son xəbərlər