Mingəçevir hadisəsi ilə bağlı bir polis əməkdaşı həbs edildi

Mingəçevir hadisəsi ilə bağlı bir polis əməkdaşı həbs edildi
Hadisə 2195

Mingəçevirdə polis şöbəsində ölüm hadisəsilə bağlı bir polis əməkdaşı həbs edilib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun BAKU.WS-ə verdiyi məlumata görə, Mingəçevir şəhər polis şöbəsinin sabiq əməliyyat müvəkkili, polis baş-leytenantı Şahlar Şahlarzadə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Xatırladaq ki, avqustun 20-də Mingəçevrdə Bəhruz Hacıyev anrkotik vasitələrdən istifadə etməkdə şübhəli bilinərək bölməyə gətirilib. Dindirilmə zamanı o, özünü 3-cü mrətəbədən ataraq intihar edib.

Ziya Səccad BAKU.WS

Son xəbərlər