Mingəçevirin polis bölməsində ölən şəxsin dindirilmə səbəbi məlum oldu

Mingəçevirin polis bölməsində ölən şəxsin dindirilmə səbəbi məlum oldu
Hadisə 1922

  Mingəçevirdə polis bölməsində dünyasını dəyişən Bəhruz Hacıyev polisə narkotik maddədən istifadə etməkdə şübhəli bilindiyi üçün gətirilibmiş.

BAKU.WS-in məlumatına görə, Bəhruz Hacıyev bölməyə gətirilib və dindirilmə zamanı ittihamlarla razılaşmayıb və özünü bölmənin üçüncü mərtəbəsindən atıb.

Mərhumun atası Dilsuz Hacıyev kütləvi informasiya vasitələrinə şikayətində bildirib ki, onun oğlu 1988-ci il təvəllüdlü Bəhruz Hacıyevin ölümündə Mingəçevir şəhər polis bölməsinin əməkdaşları günahkardırlar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, baş verən hadisədə heç bir zorakılıq əlamətləri olmayıb. Qurumun mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, avqustun 20-də Mingəçevir sakini Bəhruz Hacıyev şübhəli şəxs qismində Şəhər Polis Şöbəsinə gətirilib: "İnzibati binadakı xidməti otaqlardan birində əməkdaşlar tərəfindən dindirilən B.Hacıyev, qəfildən özünü pəncərədən aşağı atıb və dərhal vəfat edib. Mərhumun yaxın qohumlarının iştirakı ilə məhkəmə tibbi ekspertizasında müayinə olunan meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Hazırda faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda cinayət işi qaldırılıb. İstintaqın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Son xəbərlər