Mingəçevir hadisələri ilə bağlı polis rəisləri cəzalandırıldı
Avqustun 20-də narkotik vasitələrin satışında və istifadəsində şübhəli şəxs qismində Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilmiş vətəndaş Bəhruz Hacıyevin özünü pəncərədən ataraq ölməsi faktı üzrə cinayət işi başlanılmış və istintaq aparılır.
BAKU.WS xəbər verir ki, Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, müəyyən edilmişdir ki, həmin orqanın Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahlar Şahlarzadənin cinayətdə şübhəli şəxslərin saxlanılması və mühafizəsinə dair vəzifə təlimatının tələblərini pozaraq Bəhruz Hacıyevin təhlükəsizliyini təmin etməməsi və sayıqlığını itirməsi ağır nəticəyə səbəb olmuşdur.
Daxili təhqiqatın yekununa əsasən, Azərbaycan Respublikası daxili işlər nazirinin əmri ilə polis baş leytenantı Şahlar Şahlarzadə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir.
Eyni zamanda, tabelikdəkilərin xidməti fəaliyyətinə nəzarəti zəiflətdiyinə, cinayət törətməkdə şübhəli olduğuna görə gətirilən şəxslərin saxlanılması işini düzgün təşkil etmədiyinə görə Mingəçevir şəhər polis şöbəsinin rəisi polis polkovniki Ələsgər Bədəlova "şiddətli töhmət" elan olunmuşdur.
Baş vermiş hadisələrlə əlaqədar istintaqın gedişi Azərbaycan Respublikası Prezidentinin nəzarətindədir və mütəmadi məruzə olunur.
BAKU.WS
Oxşar xəbərlər
DIN Mingəçevirdəki aksiya ilə bağlı məlumat yaydı
Daxili İşlər Nazirliyi (DİN) Mingəçevirdə bu gün baş verən hadisələrlə bağlı açıqlama verib. BAKU.WS-ə verilən məlumata görə, açıqlamada deyilir: Xəbər veril...