Ramil Usubovdan iki yeni polis rəisi təyinatı

Ramil Usubovdan iki yeni polis rəisi təyinatı
Hadisə 7016

 

Daxili işlər orqanlarında yeni təyinatlar olub.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmrləri ilə buna qədər Daxili İşlər Nazirliyində çalışan Elnur Mehdiyev tutduğu vəzifədən azad edilərək Qax rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin rəis müavini Elşən Tağıyev isə tutduğu vəzifədən azad edilərək Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, bir neçə gün əvvəl daxili işlər orqanlarında həyata keçirilən kadr dəyişikliyi ilə Qax rayon Polis Şöbəsinin rəisi Cümşüd İsmayılov tutduğu vəzifədən azad edilərək Pirallahı Rayon Polis Şöbəsinin rəisi, 10-cu Polis Bölməsinin rəisi Xəlil Səfərov isə tutduğu vəzifədən azad edilərək Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin rəisi vəzifələrinə təyin olunublar.

BAKU.WS

Oxşar xəbərlər

Ramil Usubov yeni əmr imzaladı

Ramil Usubov yeni əmr imzaladı

Daxili işlər orqanlarında daha bir neçə təyinat olub. BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil...

3535 Hadisə 11:07 12 oktyabr 2015

Son xəbərlər