Bakıda yeni DYP rəisi təyin olundu

Bakıda yeni DYP rəisi təyin olundu
Hadisə 8624

Bakı şəhəri, Nizami Rayon Dövlət Yol Polisi (DYP) şöbəsinin rəisi vəzifəsinə təyinat olub. BAKU.WS "Report”-a istinadən xəbər verir ki, bu vəzifəyə polis mayoru Firdovsi Yusubov təyin edilib. F.Yusubov bu təyinata qədər Bakı Şəhər Baş Polis İdarəsində alay komandirinin müavini vəzifəsində çalışıb. Xatırladaq ki, Nizami Rayon Dövlət Yol Polisi (DYP) şöbəsinin əvvəlki rəisi polis polkovnik-leytenantı Fail Quliyev olub. O, vəzifəsindən azad edilərək Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Avtonəqliyyat Vasitələrinin Axtarış Şöbəsinə rəis vəzifəsinə təyin edilib. Qeyd edək ki, F.Quliyev daxili işlər nazirinin müavini - Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı Fazil Quliyevin qardaşıdır. BAKU.WS

Oxşar xəbərlər

Bakıda şirkətdən yarım milyon oğurlayan qrupdan yeni xəbər

Bakıda şirkətdən yarım milyon oğurlayan qrupdan yeni xəbər

Bakıda şirkətdən yarım milyon oğurlayan qrupun digər üzvü saxlanılıb. BAKU.WS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə,...

3457 Hadisə 14:58 27 avqust 2015

Son xəbərlər