Ramil Usubovdan ciddi kadr dəyişiklikləri

Ramil Usubovdan ciddi kadr dəyişiklikləri
Hadisə 3160

Sumqayıt şəhər Polis İdarəsinin rəisi işdən azad olunub.

BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, Sumqayıt şəhər Polis İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyev Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi təyin edilib.

Bildirək ki, sözügedən idarənin rəisi Rasim Musayev bir ay əvvəl qəflətən dünyasını dəyişib.

Xatırladaq ki Sahib Mirzəyev buna qədər İnterpolun Azərbaycan üzrə Milli Mərkəzi Bürosunun rəisi vəzifəsində çalışıb. 2012-ci ildə Sumqayıt şəhər Polis İdarəsinin rəisi təyin olunmuşdu. O, bu vəzifədə polkovnik Əkbər İsmayılovu əvəzləmişdi. BAKU.WS

Oxşar xəbərlər

Zeynəb Xanlarovanın gəlini ilə polis rəisi arasında münaqişə baş verib

Zeynəb Xanlarovanın gəlini ilə polis rəisi arasında münaqişə baş verib

Dünən gecə saat 23:00 radələrində "Monte Kristo” şadlıq evinin qarşısında xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın gəlini ilə Binəqədi rayon 5-ci polis b...

6379 Hadisə 13:05 09 oktyabr 2015

Son xəbərlər