Beynəlxalq Valyuta Fondu Azərbaycanla bağlı proqnozunu açıqladı
02
may
2018
20:30
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda qeyri-neft sektorunda ümumi daxili məhsulun (ÜDM) 2018-ci ildə 4 faiz, 2019-cu ildə 3,2 faiz artacağını proqnozlaşdırır.BAKU.WS Trend-ə istinadən məlumat verir ki, bu barədə Fondun “Regional Economic Outlook: Middle East and Central Asia Update” hesabatında deyilir.Proqnozlara əsasən, bu İl Azərbaycanın ÜDM-i 45,5 milyard dollara çatacaq. Gələn il bu göstəricinin 47,9 milyard təşkil edəcəyi gözlənilir.Analitiklərin fikrincə, 2018-ci ildə Azərbaycan hökumətinin gəlirləri ÜDM-in 38 faizini və ya 17,3 milyard dollara yaxın, xərcləri isə 36,6 faizini (16,65 milyard dollar) təşkil edəcək. 2019-cu ildə gəlirlər ÜDM-in 39 faizi (18,68 milyard dollar), xərclər ÜDM-in 37,8 faizini (18,1 milyard dollar) təşkil edəcək.Eyni zamanda BVF-in proqnozlarına əsasən 2018-ci ildə Azərbaycanın ixracatı 22,4, 2019-cu ildə 23,6 milyard dollara bərabər olacaq. Yaxın iki il ərzində Azərbaycanda cari əməliyyatların profisiti 2,6 milyard və 3,3 milyard dollar təşkil edəcək.BAKU.WS
Oxşar xəbərlər
"Fitch" Azərbaycanda iqtisadi artım tempinin sürətlənəcəyini proqnozlaşdırır
"Fitch" beynəlxalq reytinq agentliyi qrupuna daxil olan "BMI Research" araşdırma şirkəti Azərbaycanda növbəti iki il üçün iqtisadi artımla bağlı proqnozunu açıq...