Reytinq agentliyi: Azərbaycanın dövlət büdcəsi 4 il kəsirsiz olacaq
27
yan
2018
15:14
"Standard & Poor's" (S&P) beynəlxalq reytinq agentliyi 2018-ci ildə Azərbaycan dövlət büdcəsinin profisitlə icra olunacağını proqnozlaşdırır. Bu barədə "Standard & Poor’s" (S&P) beynəlxalq reytinq agentliyinin hesabatında deyilir.Hesabatda qeyd olunur: "Biz cari ildə dövlətin büdcə mövqeyinin 2014-cü ildən etibarən ilk dəfə müsbət saldoya qayıdacağını proqnozlaşdırırıq".Agentlik Azərbaycan dövlət büdcəsinin 2018-ci ildə ÜDM-in 1,5 faizi həcmində, 2019-cu il - 0,6 faiz, 2020-ci il - 1,1 faiz, 2021-ci ildə isə ÜDM-in 1,7 faizi həcmində profisitini proqnozlaşdırır:"Biz Azərbaycan dövlət büdcəsinin orta illik profisitinin növbəti 4 ildə ÜDM-in 1,1 faizi həcmində olacağını proqnozlaşdırırıq".BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda tikinti materialları istehsalı artıb
2017-ci ildə Azərbaycanda tikinti materialları istehsalı ilə məşğul olan şirkətlər 567,8 milyon manat həcmində məhsul istehsal edib ki, bu da 2016-cı ildə qeydə...