Statistika Komitəsi: Əhalinin gəlirləri artıb
Bu ilin ilk 10 ayı ərzində Azərbaycan əhalisinin nominal gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 8,7 faiz artaraq 36,63 milyard manata çatıb.
Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.
Həmin dövrdə adambaşına düşən gəlir 3804,5 manat və ya aylıq 380,45 manat təşkil edərək 7,5 faiz həcmində yüksəliş nümayiş etdirib.
Hesabatda qeyd olunur ki, ilin ilk 10 ayı ərzində əhalinin sərəncamında qalan gəlirlərin həcmi 33,31 milyard manat təşkil edib. Bu, ötənilki dövrlə müqayisədə 9,1 faiz çoxdur.
Hesabat dövründə əhalinin gəlirlərinin 78,9 faizi istehlak məhsullarına, 9,1 faizi vergi, sığorta və üzvlük ödənişlərinə, 2,6 faizi kredit ödənişlərinə, 9,4 faizi isə digər ödəmələrə yönəlib.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda neft və qaz sektorunda istehsal azalıb
2016-cı ilin doqquz ayında ölkə rezidentləri tərəfindən 43436,3 milyon manat və ya əhalinin hər nəfərinə 4512,5 manat dəyərində ümumi daxili məhsul istehsal edi...