Azərbaycanda əhalinin maaşı artdı, ərzaq ondan çox bahalaşdı (RƏSMİ)

Azərbaycanda əhalinin maaşı artdı, ərzaq ondan çox bahalaşdı (RƏSMİ)
İqtisadiyyat 2418

 

"Ötən ilin müvafiq dövrünə nisbətən bu ilin yanvar-oktyabr aylarında ərzaq məhsullarının qiymətləri 5,9 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 3,1 faiz bahalaşıb".

Dövlət Statistika Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri isə 1,1 faiz artıb. Ümumilikdə istehlak məhsullarının və xidmətlərin qiymətləri 3,7 faiz bahalaşıb.

Yanvar-sentyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artaraq 461,1 manat təşkil edib. 2015-ci ilin yanvar-oktyabr aylarında əhalinin nominal gəlirləri 5,7 faiz artaraq 33,5 milyard manata çatıb.

Gəlirlərin 76,3 faizi son istehlaka, 9,3 faizi vergilərin, sığorta və üzvlük haqlarının ödənilməsinə, 11,5 faizi əmanətlərin və kapitalın artırılmasına, 2,9 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib. 

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər