Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı açıqlanıb
Sosial 4

 

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 73 min nəfər və ya 0,8% artaraq bu il sentyabr ayının 1-i vəziyyətinə 9 milyon 666 min nəfərə çatıb.

BAKU.WS-in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfərdir. Əhalinin 53,1 faizi şəhər, 46,9 faizi isə kənd sakinləridir. Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1000 kişiyə 1009 qadın düşür.

Bu ilin yanvar-avqust ayları ərzində ölkədə 109 min körpə doğulub və əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 17,2 təşkil edib. Doğulan körpələrin 53,2 faizini oğlan, 46,8 faizini qız uşaqları təşkil edir. Doğulan körpələrdən 1970-i əkiz, 63-ü isə üçəmdir.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ilin yanvar-avqust ayları ərzində 37,2 min ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə hesabı ilə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ölüm səviyyəsi dəyişməyərək eyni səviyyədə (5,9) qalıb.

BAKU.WS

Oxşar xəbərlər

Dövlət büdcəsindən pensiya fonduna ayrılan pullar azaldı

Dövlət büdcəsindən pensiya fonduna ayrılan pullar azaldı

"Bu ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2 milyard 185 milyon 200 min manat təşkil edib, sosial sığorta daxilolmaları ötən ilin müvafiq d...

2128 İqtisadiyyat 17:37 14 oktyabr 2015

Son xəbərlər