Dövlət Statistika Komitəsi: Əhalinin gəlirləri artdı

Dövlət Statistika Komitəsi: Əhalinin gəlirləri artdı
İqtisadiyyat 2738

 

Bu ilin 11 ayı ərzində ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artaraq 36,8 milyard manata çatıb, əhalinin hər nəfərinə düşən gəlirlər isə 3 min 860,5 manat olub.

BAKU.WS-in Dövlət Statistika Komitəsinə istinadla verdiyi məlumata görə, hər nəfərə düşən gəlirlərin əvvəlki ilin eyni dövrünə nisbətən artımı 4,4 faiz təşkil edərək, ölkənin istehlak bazarında qiymətlərin bahalaşmasını 0,7 faiz üstələyib.

Bu dövr ərzində gəlirlərin 75,7 faizi son istehlak xərclərinə, 9,5 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 3,0 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 11,8 faizi isə yığıma yönəldilib.

Əhalinin sərəncamında qalan gəlirlər 33,3 milyard manat təşkil edərək əvvəlki ilin eyni dövründəkindən 5,6 faiz çox olub.

BAKU.WS

Son xəbərlər