Azərbaycanda tikinti materialları istehsalı artıb

Azərbaycanda tikinti materialları istehsalı artıb
İqtisadiyyat 829
2017-ci ildə Azərbaycanda tikinti materialları istehsalı ilə məşğul olan şirkətlər 567,8 milyon manat həcmində məhsul istehsal edib ki, bu da 2016-cı ildə qeydə alınan göstəricidən 46,6 faiz çoxdur.BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin hesabatında deyilir.Hesabatda qeyd olunur ki, ötən il Azərbaycanda 2,88 milyon ton sement (2016-cı illə müqayisədə 24,3 faiz artım), 856,2 ton şüşə-lif (76,1 faiz artım), 29,8 min ton tikinti əhəngi (8,6 faiz artım), 797,5 min ton hazır beton qarışığı (96,8 faiz artım), 144,5 min kubmetr yığma beton tikinti konstruksiyası (64 faiz artım), 22,56 min ton cilalanmış mərmər, travertin, alebastr və onlardan məmulatlar (3,1 dəfə artım) istehsal olunub.BAKU.WS

Oxşar xəbərlər

Bakıda torpaq bahalaşdı

Bakıda torpaq bahalaşdı

2017-ci ilin dekabr ayında torpaq və kommersiya obyektləri bazarında qiymətlərdə artım müşahidə edilib.BAKU.WS xəbər verir ki, bunu Trend-ə "MBA Group" konsalti...

2148 İqtisadiyyat 13:30 16 yanvar 2018

Son xəbərlər