Bakıda mənzillərin qiyməti dəyişdi

Bakıda mənzillərin qiyməti dəyişdi
İqtisadiyyat 1757

Bakıda həm təkrar, həm də ilkin mənzil bazarında qiymətlərdə artım müşahidə olunub.

"MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə bildirib ki, may ayında təkrar mənzil bazarında qiymətlərdə 3,81 faiz artım qeydə alınıb. İl ərzində isə qiymət artımı 6,73 faiz təşkil edib.

N.İbrahimov qeyd edib ki, ilkin mənzil bazarında da ötən ay qiymətlər artıb. Bu artım 5,4 faiz təşkil edir: "İl ərzində isə ilkin mənzil bazarında 23,66 faiz artım qeydə alınıb".

Ekspert bildirib ki, yaz aylarında adətən danşınmaz əmlak bazarında aktivlik artır və qiymətlərdə bahalaşma müşahidə olunur: "Ancaq yay aylarında qiymətlər stabilləşir, çünki insanlar istirahətə gedir, bazarda aktivlik aşağı düşür. Sentyabrdan yenidən aktivlik artığına görə qiymətlər də bahalaşmağa başlayır".

BAKU.WS

Oxşar xəbərlər

Bakıda ev almaq istəyənlərə BƏD XƏBƏR- QİYMƏTLƏR BAHALAŞACAQ

Bakıda ev almaq istəyənlərə BƏD XƏBƏR- QİYMƏTLƏR BAHALAŞACAQ

Aprel ayında təkrar mənzil bazarında qiymətlərdə 6.16 faiz, ilkin mənzil mənzil bazarında isə 6.98 faiz azalma müşahidə olunub. BAKU.WS xəbər verir ki, bunu...

1581 Sosial 09:02 24 may 2017

Son xəbərlər