Bakıda şok qiymətə mənzil satılır - 2 milyon 200 min manat

Bakıda şok qiymətə mənzil satılır - 2 milyon 200 min manat
Sosial 5047

Bakıda daşınmaz əmlak bazarında qiyməti 2 milyon manatdan yuxarı olan mənzillər də təklif olunur. Bunu "Trend”ə Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.

R.Osmanlı bildirib ki, bahalı mənzillərin də qiyməti yerləşməsindən, ölçüsündən asılı olaraq dəyişir: "Bakıda mənzil bazarında qiyməti 2 milyon, 2,2 milyon manat dəyərində olan mənzillər təklif olunur. Bu mənzillər əsasən şəhərin mərkəzi hissəsində yerləşir".

Ekspert bildirib ki, həmin mənzillərin ölçüsü 300 kvadrat metrdən yuxarı olub. Onun sözlərinə görə, az sayda da olsa, 2016-cı ildə bu cür bahalı mənzillərin alqı-satqısı qeydə alınıb.

Ümumilikdə isə R.Osmanlı bildirib ki, 2016-cı ildə Azərbaycanda mənzil bazarında, xüsusilə, təkrar mənzil bazarında mütəmadi olaraq qiymətlərin azalması müşahidə olunub.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda ötən il satılan ən bahalı avtomobilin qiyməti

Azərbaycanda ötən il satılan ən bahalı avtomobilin qiyməti

Azərbaycanda açıq maşın bazarında təklifə çıxarılan avtonəqliyyat vasitələrinin ən maksimal qiyməti 300-320 min manat civarındadır. BAKU.WS "Trend”ə istinadən...

2517 Sosial 09:01 27 yanvar 2017

Son xəbərlər