Bakının mənzil bazarında SON VƏZİYYƏT

Bakının mənzil bazarında SON VƏZİYYƏT
Sosial 2216
 

Mənzil bazarında vəziyyəti hal-hazırda stabil qiymətləndirmək olar. Müəyyən qədər qiymət azalması var. Daha çox köhnə tikililərdə qiymətin nisbi olaraq azalması müşahidə olunur.

BAKU.WS xəbər verir ki, bunu azvision.az-a əmlak eksperti Ramil Osmanlı deyib. Onun sözlərinə görə, yeni tikililərdə qiymətlər stabil olduğundan köhnə binalarda ciddi ucuzlaşma qeydə alınmayıb: 

"Könhə mənzil bazarında qiymətlərin düşməsinin əsas səbəblərindən biri yeni tikililərdə qiymətlərin şirkət rəhbərləri və investorlar tərəfindən sabit saxlanmasıdır. İlin əvvəlindən indiyə kimi mənzil bazarında 20 faizdən artıq qiymət artımı müşahidə olunub. Bu artımın 16 faizi iyun ayına qədər olan dövrü əhatə edir. Yay aylarında mənzil satışı bazarında stabilləşmə baş verib. Sentyabr-oktyabr aylarından başlayaraq 1.2-1.5 faiz qiymət azalmaları müşahidə olunub". 

Sosial mənzillərin tikilməsindən sonra mənzil bazarında qiymətlərin necə dəyişəcəyinə gəlincə, R.Osmanlı layihənin mənzil bazarında ciddi dəyişikliyə səbəb olmayacağını düşünür: "İndiki şərtlər çərçivəsində bu, sadəcə, kommersiya layihəsi olacaq. Buradan kimlərin mənzil ala biləcəyi ilə bağlı kateqoriya müəyyən olunub. Bu mənzillər kiçik ölçülü olacaq. Bu layihədən indiki halda potensial alıcı qismində çıxış etməyən insanlar yararlanacaqlar. Onların alqı-satqı əməliyyatlarındakı payı 2 faizdən aşağıdır. Ona görə də layihənin mənzil bazarında qiymətlə bağlı ciddi bir dəyişikliyə gətirib çıxaracağına inanmıram".

BAKU.WS

Oxşar xəbərlər

Yeni mənzillərin qiyməti ucuzlaşacaq – PROQNOZ

Yeni mənzillərin qiyməti ucuzlaşacaq – PROQNOZ

"Oktyabr ayının yekunlarına əsasən təkrar bazarda orta qiymət 1400 AZN/m2, ilkin bazarda isə 1318 AZN/m2 təşkil edib”. BAKU.WS fins.az-a istinadən xəbər verir...

1246 İqtisadiyyat 17:38 15 noyabr 2016

Son xəbərlər