Mənzil bazarında son qiymətlər (VİDEO)

Mənzil bazarında son qiymətlər (VİDEO)
Video
Video 1122

 

Son dövrlər mənzil bazarında qiymətlərin düşdüyü bildirilsə də, bəzi ekspertlər bunu təsdiq etmir. Onların fikrincə, Bakıda mənzilə olan tələb hələ də yüksəkdir və belə olan halda qiymətlərin kəskin düşməsi gözlənilmir.

BAKU.WS xəzərxəbər.com-a istinadən bildirir ki, son bir neçə aydır mənzil bazarında qiymətlərin düşdüyü haqda məlumatlar yayılsa da, bəzi mütəxəssislər bu enmənin çox az həddə baş verdiyini və müvəqqəti xarakter daşıdığını deyirlər. Yəni bəzi iş adamları devalvasiyadan sonra nağd pul əldə etmək üçün əmlaklarını ucuz qiymətə satmaq istədiklərindən bazarda cüzi enmə müşahidə olunub.

Ekspertlərin bildirdiyinə görə, mövcud vəziyyət bazarda qiymətlərin stabil olduğunu göstərir. Yəni şəhərin mərkəzi hissələrində mənzillərin kvadratmetri hələ də 2000-4000 manat arasında dəyişir. Alıcıların əsas marağı isə şəhərdən nisbətən kənarda olan binalaradır.

Tələb isə kifayət qədər yüksək olduğundan yaxın aylarda mənzil bazarındakı qiymətlərin kəskin enməsi proqnozlaşdırılmır.

BAKU.WS

Oxşar xəbərlər

Neft bumu bitdi: Bakıda evlər bahalaşmayacaq

Neft bumu bitdi: Bakıda evlər bahalaşmayacaq

"Neftin dünya bazar qiyməti aşağı düşəndən bəri bəzi ekspertlər, hər ay olmasa da rübdə bir dəfə gələn aydan mənzil bazarında qiymətlərin yüksələcəyi ilə bağlı...

1552 İqtisadiyyat 10:25 17 mart 2016

Son xəbərlər