Bakıda evlərin qiyməti bahalaşıb

Bakıda evlərin qiyməti bahalaşıb
İqtisadiyyat 1967

 

Bakıda ilkin daşınmaz əmlak bazarında qiymətlər avqust ayındakı qiymətlərlə müqayisədə dollar ekvivalentində 4,43 faiz artıb.

BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə "MBA Group" şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

Ekspert bildirib ki, manatla ifadədə isə artım 2,76 faiz təşkil edib.

O əlavə edib ki, həmçinin təkrar daşınmaz əmlak bazarında qiymətlərdə artım müşahidə olunub: "Ötən ay avqust ayı ilə müqayisədə dollar ekvivalentində artım 3,77 faiz, manatla ifadədə isə 2,11 faiz olub".

Ekspert qeyd edib ki, buna baxmayaraq, daşınmaz əmlakın digər seqmentlərində qiymətlərin ucuzlaşması hələ davam edir:

"Kommersiya obyektləri bazarında avqust ayı ilə müqayisədə sentyabrda qiymətlər dollar ekvivalentində 4,96 faiz, manatla ifadədə isə 6,48 faiz azalıb. Torpaq bazarında da müvafiq olaraq 0,83 faiz və 2,42 faiz azalma var. Mənzillərin kirayəsi bazarında azalma sentyabr ayında avqust ayı ilə müqayisədə dollarla ifadədə 8 faiz, manatla ifadədə isə 9,4 faiz təşkil edib. Kommersiya obyektlərinin kirayə bazarında isə müvafiq göstəricilər 4,28 faiz və 2,73 faiz azalma təşkil edib".

BAKU.WS

Oxşar xəbərlər

Bu məhsulların qiyməti qalxdı - RƏSMİ

Bu məhsulların qiyməti qalxdı - RƏSMİ

2016-cı ilin yanvar-sentyabr aylarında 2015-ci ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 5,3 faiz, o cümlədən bitkiçilik m...

3022 İqtisadiyyat 19:13 07 oktyabr 2016

Son xəbərlər