Bu məhsulların qiyməti qalxdı - RƏSMİ

Bu məhsulların qiyməti qalxdı - RƏSMİ
İqtisadiyyat 3025
 

2016-cı ilin yanvar-sentyabr aylarında 2015-ci ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 5,3 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 13,4 faiz azalıb, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 2,7 faiz artıb.

Dövlət Statistika Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, 2016-cı ilin sentyabr ayında avqust ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 1,1 faiz, o cümlədən bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri uyğun olaraq 1,7 və 0,5 faiz artıb.

Ay ərzində bitkiçilik məhsullarından baş soğanın istehsalçı qiymətində azalma, lobyanın, xiyarın, badımcanın, pomidorun, bibərin, baş sarımsağın, fındığın, armudun istehsalçı qiymətində isə artım müşahidə olunub. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Sentyabr ayında heyvandarlıq məhsullarından mal ətinin, quş ətinin, yumurtanın istehsalçı qiyməti artıb, digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər