Devalvasiyadan sonra artan qiymətlər - SİYAHI
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlak qiymətləri 11,7 faiz qalxıb.
BAKU.WS-in məlumatına görə, bu barədə Statistika Komitəsinin sədr müavini Yusif Yusifov AzadlıqRadiosuna müsab=hibəsində deyib. O deyib ki, iki ayda əvvəlki ilin eyni dövrünə nəzərən ərzaq məhsulları orta hesabla 14,8%, qeyri-ərzaq malları isə 15,7 faiz bahalaşıb.
Xidmətlərdə qiymət artımı 4,04 faiz olub. Fevral ayında yanvara nisbətən inflyasiya 0,4 faiz olub. Ərzaq və qeyri-ərzaq mallarının qiyməti 0,6 faiz, xidmətlər isə 0,15 faiz bahalaşıb. İqtisadiyyat Nazirliyi 2016-cı ildə inflyasiyanın 12,1 faiz səviyyəsində olacağını proqnozlaşdırır.
Xatırladaq ki, ötən ilin sonunda Azərbaycanda ikinci devalvasiya olub.
Oxşar xəbərlər
Dollarla bağlı şad xəbər: azı 2 ay bahalaşmayacaq
ABŞ Mərkəzi Bankı (Fed) mart ayında planlaşdırılan iclasında dolların uçot dərəcəsini artırmayacaq. BAKU.WS-in məlumatına görə, Fed-in son toplantısında verilə...