Azərbaycanda mənzillərin qiyməti ucuzlaşır
Azərbaycan daşınmaz əmlak bazarında qiymətlər apreldə martla müqayisədə bir az azalıb. Qiymətlərdə manatla 3.59 faiz, ABŞ dolları ilə isə 0,52 faiz azalma müşahidə olunur.
BAKU.WS-in məlumatına görə, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.
Onun sözlərinə görə, yeni mənzillərin manatla qiyməti orta hesabla 2.24 faiz azalıb (dollarla 1.02 faiz artım) . Təkrar mənzil bazarında manatla qiymətlər 1,57 fazi düşüb (dollarla 1,71 faiz artım).
Fevral ayı ilə müqayisədə martda kommersiya obyektləri bazarında manatla qiymətlər 8.55 faiz düşüb, dollarla isə 6.23 faiz enib.
BAKU.WS
Oxşar xəbərlər
Ali Məhkəmənin sədri mübahisəli dollar kreditlərindən danışdı
"Azərbaycanda bankların müştərilərə yalnız dollarla kredit təklif etməsi vətəndaşın hüququnun pozulmasıdır". Trend-in məlumatına görə, bunu Ali Məhkəmənin sədr...