Ali Məhkəmənin sədri mübahisəli dollar kreditlərindən danışdı
"Azərbaycanda bankların müştərilərə yalnız dollarla kredit təklif etməsi vətəndaşın hüququnun pozulmasıdır".
Trend-in məlumatına görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev bankların dollarla kredit verməsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, manat və dollar kreditləri məsələsini banklar özləri həll edir: "Fikrimcə, vətəndaş krediti dollarla götürübsə, dollarla, manatla götürübsə, manatla qaytarır. Qayda belədir".
Banklar tərəfindən müştəriyə yalnız dollarla kreditin təklif edilməsinə gəlincə isə R.Rzayev bildirib ki, bu vətəndaşın hüququnun pozulmasıdır. Lakin məhkəmə bankların daxili işinə müdaxilə edə bilmir.
BAKU.WS
Oxşar xəbərlər
Banklardan əhaliyə böyük kredit güzəşti
Azərbaycanda bəzi banklar müştərilərə dollarda olan kreditlərlə bağlı güzəştlər etməyə başlayıb. BAKU.WS-in məlumatına görə, güzəşt tətbiq edən banklardan bir...