Banklardan əhaliyə böyük kredit güzəşti

Banklardan əhaliyə böyük kredit güzəşti
İqtisadiyyat 7433

 

Azərbaycanda bəzi banklar müştərilərə dollarda olan kreditlərlə bağlı güzəştlər etməyə başlayıb. 

BAKU.WS-in məlumatına görə, güzəşt tətbiq edən banklardan biri "Respublika Bank"dır. Bu bankda dollarla krediti olanlara unikal güzəşt təklif edilir. Belə ki, müştəri dollarla götürdüyü kreditini manatla əvəz edə bilər. Yəni, dollarla götürülən borc manatla ifadə olunaraq yeni müqavilə hazırlanır və borcunuz dollarla deyil, manatla hesablanmağa başlayır. 

Dollar krediti olanlara güzəşt edən banklar arasında "Bank of Baku" da var. Bu bank dollarla götürülən krediti birdəfəlik ödəmək istəyən müştələrə ödənişi 1,35 məzənnəsi ilə həyata keçirməyi təklif edib. Bank həmçinin gecikməyə görə hesablanmış cərimə faizlərini də silib.

Xatırladaq ki, maliyyə naziri Samir Şərifov bir müddət öncə əhalinin dollarda olan kreditləri ilə bağlı məsələyə münasibət bildirərkən bankların əhaliyə güzəşt etməsini məqsədə uyğun olduğunu bildirmişdi. Nazir hesab edirdi ki, banklar faizləri azaltmalı, ödəniş müddətini uzatmalıdır. S.Şərifov bu məsələdə Mərkəzi Bankın da banklara güzəşt edə biləcəyini vurğulamışdı.

Şahin Həbibov

BAKU.WS

Son xəbərlər