Nazirdən kredit açıqlaması: “Dollar krediti ilə bağlı niyə güzəşt olmalıdır ki?”
"Dollar krediti ilə bağlı nəyə görə kiməsə güzəşt edilməlidir?"
BAKU.WS-in məlumatına görə, bu sözləri maliyyə naziri Samir Şərifov "Qafqazinfo"nun əməkdaşının "Hökumət 5000 dollara qədər olan kreditlərə güzəşt edə bilərmi?" sualına cavab verərkən deyib.
Nazir bildirib ki, bu bir qrupa edilsə, sabah başqa qrup da deyəcək onlara da güzəşt olunsun: "Bizdə olan məlumata görə, kredit götürənlər gözləmə mövqeyindədir ki, güzəşt olacaq. Buna görə ödəmir.
Digər tərəfdən hər bir kəs kredit götürərkən hansı valyutada götürdüyünü bilir. Banklar xeyriyyə təşkilatı deyil. Onlar bir tərəfdən kredit verirsə, digər tərəfdən sizdən əmanət alır. Dövlət kompensasiya məsələsində əhaliyə sosial yardımlar verir. Həm də qeyd olunan məbləğ çox böyükdür. Dövlət niyə bankla müştəri arasına girməlidir? Vaxtilə yüksək faizlə kredit verəndə, gəlir əldə edəndə, heç dövlət yada düşmürdü. Banklar öz müştəriləri ilə bağlı məsələni öz aralarında həll etsin. Faizlərdən azaltsın, ödəniş müddətini uzatsın və s. Bu məsələdə Mərkəzi Bank da banklara güzəşt edə bilər".
BAKU.WS
Oxşar xəbərlər
Samir Şərifov əhalinin kreditlərinə ediləcək güzəşt haqda…
"Əhalinin 5 min manatadək olan kreditlərinə hökümət tərəfindən güzəşt edilmə məsələsi qərara alınsa belə, bu yaxşıca yoxlanılmalıdı". ANS PRESS-in məlumatına g...