Mərkəzi Bankdan dollarla krediti olanlara pis xəbər

Mərkəzi Bankdan dollarla krediti olanlara pis xəbər
İqtisadiyyat 7849

 

Azərbaycan Mərkəzi Bankı "Naxçıvanbank” ASC-nin dollarla borcu olanlara etdiyi güzəştin bütün banklarda tətbiq oluna biləcəyinin mümkünsüzlüyünü bildirib.

BAKU.WS-in məlumatına görə, Mərkəzin Bankın bununla bağlı açıqlamasında deyilir:

"Mətbuatda gedən informasiyaya əsasən "Naxçıvanbank” ASC-nin Müşahidə Şurasının 25 dekabr 2015-ci il tarixli qərarı ilə "Naxçıvanbank” ASC-yə  21 dekabr 2015-ci il tarixə ABŞ dolları ilə borcu olan fiziki şəxslərin əsas və faiz borclarının alınması 1,05 AZN/USD məzənnəsinə uyğun olaraq aparılacağı bildirilib. Kiçik bank olan "Naxçıvanbank” ASC üzrə xarici valyutada kredit portfeli cəmi 934 min ABŞ dollardır və 370 nəfəri əhatə edir.

Kreditlərin 1,05 AZN/USD məzənnəsi ilə qaytarılması nəticəsində yaranacaq 420 min manat zərər böyük vəsait olmadığı üçün "Naxçıvanbank” ASC tərəfindən öz vəsaitləri hesabına qarşılanacağı mümkün görünür. Ölkə miqyasında kredit təşkilatları tərəfindən əhaliyə xarici valyutada verilmiş kreditlərin həcmi 2 milyard dollar təşkil edir.

Lakin bir sıra kütləvi informasiya vasitələrində eyni addımın bankların vəsaitləri hesabına ölkə miqyasında da atılması üzrə populist çağırışlar bankların maliyyə vəziyyətini pisləşdirə və ilk növbədə əhalinin əmanətləri üçün təhlükə yaradardı" - deyə AMB bəyan edib.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər