Əhali kütləvi şəkildə kredit ödənişindən imtina edir

Əhali kütləvi şəkildə kredit ödənişindən imtina edir
İqtisadiyyat 18080

 

Azərbaycanda manatın üzən məzənnə rejiminə keçməsindən sonra dolların 50% bahalaşması bank sektorunda şok effekti yaradıb. 

BAKU.WS-in məlumatına görə, dollarla kredit götürən vətəndaşlar banklara zəng edərək kredit ödənişindən imtina edirlər. Ölkədə fəaliyyət göstərən iri banklardan birinin kreditoru redaksiyamıza açıqlamasında bildirib ki, müştərilər kütləvi şəkildə banka zəng edərək etirazlarını bildirirlər.

"Dollarla krediti olanların faktiki olaraq götürdüyü borc 50% bahalaşıb. Onsuz da ödəniş etməkdə çətinlik çəkən vətəndaşlar indi ümumiyyətlə kredit ödəməyəcəklərini deyirlər. Bizə Mərkəzi Bankdan kreditlərin şərtlərinin yüngülləşdirilməsi ilə bağlı hər-hansı tövsiyyə gəlməyib. Biz də hələlik gözləyirik. Çox güman ki, yaxın günlərdə müştərilərimizin dollar kreditinin şərtlərini yüngülləşdirmək barədə qərar qəbul ediləcək", - deyə bank rəsmisi söyləyib.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. AMB-nin valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Eyni zamanda, banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bankların maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi məqsədilə kompleks tədbirlər görüləcək.

Şahin Həbibov

BAKU.WS 

Oxşar xəbərlər

Azərbaycanda dollarla götürülən kreditlər 50% bahalaşdı

Azərbaycanda dollarla götürülən kreditlər 50% bahalaşdı

"Əgər manat 50% ucuzlaşıbsa, deməli bu gündən etibarən məzənnə mərhələli şəkildə dəyişəcək və manat yaxın günlərdə ucuzlaşmaqda davam edəcək". Bunu BAKU.WS-ə...

2176 İqtisadiyyat 10:06 21 dekabr 2015

Son xəbərlər