Dünyada silah satışı artıb

Dünyada silah satışı artıb
Siyasət 1797
2016-cı ildə dünyanın ən iri 100 hərbi sənaye kompaniyasının silah satışının və hərbi xidmətlərinin həcmində son beş ildə ilk dəfə olaraq artım baş verib.BAKU.WS xarici KIV-ə istinadən xəbər verir ki, bu barədə 2002-ci ildən silah satışlarının statistikasını dərc edən dünya problemləri üzrə Stokholm institutu məlumat yayıb. Statistikaya əsasən, 2016-cı ildə satışların ümumi həcmi 374,8 milyard dollar həcmində olub ki, bu da 2010-cu illə müqayisədə 1,9 faiz, 2002-ci illə müqayisədə isə 38 faiz çoxdur.Artımda ABŞ hərbi sənaye kompleksi liderlik edir. Reytinqə daxil olan Amerika kompaniyalarının ötənilki silah satışlarının həcmi 4 faiz artaraq 217 milyard dollara çatıb. Dünyada hərbi təyyarələrin və raket sistemlərinin ən böyük istehsalçısı olan Lockheed Martin şirkətinin satışlarında 10 faiz artım olub.Qərbi Avropa şirkətlərinin ümumi satış həcmi 2015-ci illə müqayisədə yalnız 0,2 faiz artaraq 91,6 milyard dollar təşkil edib. Transavropa, Fransa və İtaliya kompaniyalarının göstəricilərində isə geriləmə qeydə alınıb.BAKU.WS

Oxşar xəbərlər

30 ildən sonra Azərbaycanda əhalinin sayı 12 milyona çatacaq

30 ildən sonra Azərbaycanda əhalinin sayı 12 milyona çatacaq

Hazırda Azərbaycan Avropa və MDB ölkələri sırasında demoqrafik baxımdan cavan yaş strukturuna malik az sayda ölkələrdən biridir. BAKU.WS-in məlumatın agörə, bun...

2175 Sosial 21:33 13 sentyabr 2017

Son xəbərlər