Mərkəzi Bankın valyuta ehtiyatları artıb
01
mar
2017
18:36
Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmində artım müşahidə olunur.
AMB-nin açıqladığı statistikaya əsasən, 2017-ci il martın 1-nə tənzimləyicinin sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 4 mlrd. 369,3 mln. dollar təşkil edib ki, bu da yanvar ayı ilə müqayisədə 1% və ya 42,1 mln. dollar çoxdur. Fevral ayının 1-ə tənzimləyicinin ehtiyatları 4 mlrd. 327,2 mln. dollar təşkil edib.
Ötən ilin analoji dövrü ilə müqayisədə isə AMB-nin sərəncamında olan valyuta ehtiyatlarının həcmində 8,5% və ya 343 mln. dollar artım olub.
BAKU.WS
Mənbə: APAOxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları artıb
Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 2016-cı il sentyabrın 1-nə 4 192,5 mln. ABŞ dolları təşkil edib. Rəsmi valyuta ehtiyatlarının həcm...