Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları artıb
01
sen
2016
18:31
Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 2016-cı il sentyabrın 1-nə 4 192,5 mln. ABŞ dolları təşkil edib.
Rəsmi valyuta ehtiyatlarının həcmi avqustun 1-nə olan göstərici ilə müqayisədə 29,6 mln. dollar və ya 0,871% artıb.
Qeyd edək ki, 2016-cı il yanvarın 1-nə olan rəsmi valyuta ehtiyatlarının həcmi ilə müqayisədə azalma 824,2 mln. dollar və ya 16,43% təşkil edib. Keçən ilin analoji dövrünə nisbətən isə ehtiyatlar 3122,9 mln. dollar və ya 42,69% azalıb.
BAKU.WS
Oxşar xəbərlər
Dollar niyə bahalaşır? - Mərkəzi Bankdan RƏSMİ AÇIQLAMA
Azərbaycan Mərkəzi Bankının (AMB) elan etdiyi yeni məzənnə rejiminə uyğun olaraq, ABŞ dollarının manata nəzərən məzənnəsi dünya maliyyə bazarlarında "Brexit"lə...