Dollar niyə bahalaşır? - Mərkəzi Bankdan RƏSMİ AÇIQLAMA

Dollar niyə bahalaşır? - Mərkəzi Bankdan RƏSMİ AÇIQLAMA
İqtisadiyyat 2385
 

Azərbaycan Mərkəzi Bankının (AMB) elan etdiyi yeni məzənnə rejiminə uyğun olaraq, ABŞ dollarının manata nəzərən məzənnəsi dünya maliyyə bazarlarında "Brexit"lə bağlı gedən məzənnə dəyişikliklərindən deyil, yerli valyuta bazarındakı tələb-təklif nisbətindən asılı olaraq formalaşır.

Bu barədə Mərkəzi Bankdan Trend-in sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, xarici valyuta bazarındakı tələb-təklif nisbətinə isə təsir göstərən əsas amillər tədiyə balansının vəziyyəti, yəni ölkəyə daxil olan və ölkədən çıxan xarici valyutanın həcmi, büdcə ehtiyacları üçün neft transferlərinin həcmi, həmçinin ölkədə de-dollarizasiya istiqamətində görülən tədbirlərdir.

Sorğuya cavabda bildirilir ki, AMB-nin valyuta ehtiyatları diversifikasiya strategiyasına uyğun olaraq ABŞ dolları, avro, funt sterlinq olmaqla likvid maliyyə alətlərində saxlanılır. Bu baxımdan, Mərkəzi Bankın valyuta ehtiyatlarının böyük əksəriyyəti (85%-dən çox) ABŞ dollarında olduğundan, digər valyutaların ABŞ dollarına qarşı məzənnəsinin zəifləməsi nəticəsində əhəmiyyətli məzənnə fərqi yaranmayıb.

Xatırladaq ki, iyunun 23-də keçirilən referendumda Böyük Britaniyada Aİ-dən çıxmağa (Brexit) səs verənlərin sayı çoxluq təşkil edib. Referendumda iştirak edənlərin 52 faizi Birləşmiş Krallığın Aİ-ni tərk etməsini istəyib.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda dollar ucuzlaşdı

Azərbaycanda dollar ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı (AMB) 14 mart tarixinə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. Mərkəzi Bankdan BAKU.WS-ə verilən məlumata görə, USD/AZN rəsmi məzənn...

3768 İqtisadiyyat 09:05 12 mart 2016

Son xəbərlər