Azərbaycanda problemli kreditlərin həcmi 1.8 milyard manatı ötüb
18
yan
2018
23:28
2017-ci il dekabrın 1-nə ölkədə fəaliyyət göstərən bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12 milyard 226,2 milyon manat təşkil edib.BAKU.WS Trend-ə istinadən məlumatına görə, ümumi kredit portfelinin 9 milyard 872,2 milyon manatı və ya 80,7 faizi uzunmüddətli kreditlərin payına düşüb.Kreditlərin 96,6 faizi banklar, 3,4 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 890,3 milyon manata çatıb və ümumi kredit portfelinin 15,5 faizini təşkil edib.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda daha bir bank çökdü
Əksər banklarda olduğu kimi, “MuğanBank” ASC-də də vaxtı keçmiş kreditlər artıb.“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki,30 Sentyabr 2017...